Fransa Ukraynaya qoşun göndərməyə hazırlaşır – Kremldən reaksiya


Fransa Baş Qərargahı prezident Emmanuel Makronun göstərişi ilə Ukraynaya yerləşdirilmək üçün 2000-dən çox əsgər və zabitdən ibarət hərbi kontingent hazırlayır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.
Məlumata görə, onların yaxın vaxtlarda Ukrayna Silahlı Qüvvələrinin səfərbər edilmiş əsgərlərinə təlim keçmək üçün təlimatçı adı altında Ukrayna ərazisinə göndəriləcəyi bildirilir.
Xidmətin məlumatına görə, hərbi kontingentin əsasını Fransa Xarici Legionunun, ilk növbədə Latın Amerikası ölkələrindən olan “Fırtına qoşunları” təşkil edəcək.
“Legionerlər hazırda Polşanın Ukrayna ilə həmsərhəd rayonlarında yerləşdirilib və intensiv döyüş hazırlığı keçir, silah və hərbi texnika alırlar”, - xidmətin məlimatında qeyd edilib.
Digər tərəfdən, Kreml Fransanın Ukraynaya qoşun yeritməyə hazırlaşması xəbərinə münasibət bildirib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Fransanın Ukraynaya kontingent göndərmək planları ilə bağlı xəbərləri həyəcanverici adlandırıb.
O, həmçinin bildirib ki, xarici vətəndaşlar artıq Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşürlər.
“Qoşunlarımız təmas xətti boyunca öz rabitə vasitələrində daim xarici dilləri dinləyir. Deməli, bu xaricilər oradadır və biz onları aradan qaldırırıq”, - Kreml sözçüsü jurnalistlərə bildirib.

DİGƏR XƏBƏRLƏR

Top