“Paramount” 1000 işçisini ixtisar edəcək


Amerikanın “Paramount Skydance” media şirkəti işçilərin ixtisarının birinci mərhələsi çərçivəsində oktyabrın 29-da 1000 əməkdaşını işdən çıxaracaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, ixtisarların ikinci mərhələsi daha sonra baş tutacaq.
İxtisarların ümumi sayı təxminən 2000 nəfəri əhatə edəcək.
Qeyd edək ki, bundan əvvəl “Paramount Global” media şirkəti “Skydance” holdinqi ilə birləşdiyini elan etmişdi.
Hətta birləşmədən əvvəl “Paramount Global” dünya üzrə işçi qüvvəsinin 3,5%-ni işdən çıxardığını bildirmişdi.
İxtisarlar tamaşaçıların tədricən ənənəvi televiziyadan uzaqlaşması, yayım xidmətlərinə keçməsi fonunda baş verib.

DİGƏR XƏBƏRLƏR

Top