15 yolda tıxac var – Siyahı


Paytaxt Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın sıxlığı müşahidə olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, hal-hazırda sıxlıq olan yollar aşağıdakılardır:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
 2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
 3. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;
 4. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
 5. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
 6. Babək prospekti, mərkəz istiqamətində;
 7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
 8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
 9. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;
 10. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
 11. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
 12. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından  "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);
 13. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
 14. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
 15. Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində.

DİGƏR XƏBƏRLƏR

Top