
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya ilə Ukrayna arasındakı münaqişə onun həll edəcəyi doqquzuncu münaqişə ola bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ ev rəhbəri jurnalistlərə açıqlamasında danışıb.
“Mən səkkiz müharibəni həll etmişəm, doqquzuncusu yoldadır. Düşünürəm ki, bu, Rusiya və Ukrayna arasında münaqişə olacaq”, - Amerika lideri bildirib.
Qeyd edək ki, oktyabrın 26-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiya rəhbərliyi Alyaska sammitindən sonra Ukraynadakı münaqişənin həlli ilə bağlı xüsusilə vacib məsələni tamamilə həll oluna bilən məsələ elan edən ABŞ prezidentinin fikrini bölüşür.
Rusiya xarici işlər naziri həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı ilə təkbətək görüş zamanı ABŞ-nin təklif etdiyi konsepsiya əsasında Ukraynadakı münaqişənin həlli istiqamətində işləməyə hazır olduğunu təsdiqləyib. Rusiya lideri Moskvaya səfəri zamanı Ağ Evin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə müvafiq təşəbbüsləri müzakirə edib.
Tətbiqimizi yükləyə bilərsiniz