“Lukoyl” sanksiyalara görə xarici aktivlərini satacaq


ABŞ və Aİ-nin şirkətə qarşı sanksiyalar tətbiq etməsindən sonra “Lukoil” beynəlxalq aktivlərini satmaq niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Lukoyl” məlumat yayıb.
“Lukoil” elan edir ki, bəzi ölkələr tərəfindən şirkətə və onun törəmə şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə əlaqədar şirkət beynəlxalq aktivlərini satmaq niyyətini elan edir. Potensial alıcıların müraciətlərinə baxılmasına başlanılıb”, - məlumatda deyilir.
Qeyd edək ki, oktyabrın ortalarında ABŞ, Aİ və Böyük Britaniya Rusiya neftinin ən böyük ixracatçıları olan “Lukoyl” və “Rosneft”ə qarşı sanksiyalar elan ediblər. Məhdudiyyətlər həm şirkətlərin özlərinə, həm də onların 34 törəmə müəssisəsinə tətbiq edilib. Əgər bu hüquqi şəxslərə qarşı tərəflər bir ay ərzində əməliyyatlarını dayandırmasalar, onları ABŞ-nin ikinci dərəcəli sanksiyaları gözləyir.
“Rosneft” və “Lukoyl”a qarşı Qərbin sanksiyalarından sonra Çinin dövlət neft şirkətləri Rusiya neftinin alışını dayandırıblar.

DİGƏR XƏBƏRLƏR

Top