Neft Fondu 70 milyard dolları harada saxlayır?


Bu ilin oktyabr ayının əvvəlinə olan məlumata görə, Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin həcmi 70 milyard 162 milyon dollar təşkil edib.
Yeniavaz.com
xəbər verir ki, Neft Fondunun investisiya portfelindəki vəsaitlərin 29,1%-i Avropa regionunda yerləşən ölkələrdə saxlanılır.
Qeyd edək ki, son bir il ərzində Avropada saxlanılan vəsaitlərin payı azalıb. Belə ki, ötən ilin oktybar ayının əvvəlinə olan göstəricilərə əsasən, investisiya portfelinin 30,1%-i Avropada yerləşirdi.
Avropadakı azalmaya paralel olaraq Şimali Amerikada saxlanılan vəsaitlərin payı da eyni dövrdə 33,1%-dən 24,8%-ə qədər azalıb. Asiya ölklərində saxlanılan vəsaitlər isə son bir ildə 10,8%-dən 8,5%-ə düşüb.
Əvəzində isə ARDNF-nin investisiya portfelində qızılın payı kəskin şəkildə artaraq 17,7%-dən 32,8%-ə yüksəlib ki, onlar da ölkə daxilində saxlanılır.

Elnur Əli
 

DİGƏR XƏBƏRLƏR

Top