Finlandiyada zoopark 1 avroya satıldı


Finlandiyanın şimal-qərbində, əvvəllər Çindən gələn pandaların saxlanıldığı müflis Ehtəri zooparkı 1 avroya satılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Yle” məlumat yayıb.
Nəşrin məlumatına görə, satış qiyməti vergilər nəzərə alınmadan 1 avro olub. Bu qiymətə həmçinin zoopark ərazisindəki torpaq və tikililərin icarə haqqı, həmçinin heyvan və avadanlıqların mülkiyyət hüququ da daxildir.
Zooparkın yeni sahibi keçmiş və indiki işçilərdən ibarət assosiasiyadır. Təşkilat heyvanlara qulluq üçün məsuliyyəti öz üzərinə götürüb. Assosiasiya zooparkın fəaliyyətini davam etdirməyi planlaşdırdığını açıqlayıb.
Qeyd edək ki, oktyabrın əvvəlində zooparkın mətbuat xidməti maliyyə çətinlikləri səbəbindən müflis elan edildiyini açıqlamışdı. Sahibkar qərara səbəb kimi turist axınının azalmasını göstərib. Zoopark 1973-cü ildə yaradılıb. O, Finlandiyanın ən şimallarından biri və ölkənin ikinci ən böyük parklarından biri hesab olunur. Onun sahəsi 60 hektardır.

DİGƏR XƏBƏRLƏR

Top