
“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanma tarixi və yeri hələ müəyyən edilməyib”.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu parlamentdə jurnalistlərə ölkənin xarici işlər naziri Ararat Mirzoyan deyib.
“İmza üçün dəqiq tarix və ya yer yoxdur. Amma indi mən sülh sazişini harada və nə vaxt imzalayacağımızla bağlı məsləhətləşmələrə başlamağa hazıram”, - Mirzoyan bildirib.
Mirzoyan əlavə edib ki, müqavilənin imzalanması və sərhədlərin delimitasiyası və demarkasiyası prosesi heç bir şəkildə əlaqəli deyil.
Tətbiqimizi yükləyə bilərsiniz