
“Real Madrid”in braziliyalı hücumçusu Vinisius Junior baş məşqçi Xabi Alonsoya klubdan ayrılmaq istədiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə DAZN məlumat yayıb.
Bildirilib ki, hadisə La Liqanın 10-cu turunda “Barselona” ilə matçda Alonsonun onu əvəz etməsindən sonra baş verib.
Bazar günü “Real Madrid” evdə “Barselona”ya 2:1 hesabı ilə qalib gəlib, Vinisius 72-ci dəqiqədə əvəzlənib. Oyunçu bu qərara emosional reaksiya verib və Alonsoya “Niyə həmişə mən? Klubdan gedirəm, gedirəm” deyib.
Qeyd edək ki, 25 yaşlı Vinisius 2018-ci ildən “Real Madrid”də çıxış edir, komanda ilə üç dəfə La Liqa və iki Çempionlar Liqası titulunu qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz