
Sabah Bakının Yasamal, Sabunçu və Xətai rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, paytaxtın üç rayonunda qaz xətləri üzərində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 28-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Yasamal rayonu üzrə Azadlıq, Mətbuat, H.Cavid, Azərbaycan və Bülbül prospektlərinin, eləcə də M.Müşfiq, N.Nərimanov, İ.Qutqaşınlı, Ə.Ələkbərov, A.Sultanova, M.Fətəli, A.Şaiq, M.Muxtarov, M.Rahim, Zərgərpalan, S.Dağlı, T.Xəlilbəyli, İ.Səfərli, Nizami, Ü.Hacıbəyov, S.Vurğun, Xəqani, R.Behbudov, R.Rza, Mərdanov qardaşları, İçərişəhər və Rastropoviç küçələrinin, Sabunçu rayonu üzrə Pirşağı qəsəbəsi, Qurtuluş və K.Kərimov küçələrinin, Maştağa qəsəbəsi, Gülçülük Sovxozunun, həmçinin Xətai rayonu üzrə isə H.Salmani küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Tətbiqimizi yükləyə bilərsiniz