Tramp Rusiyaya qarşı yeni sanksiyaları istisna etmir


ABŞ Prezidenti Donald Tramp Amerika administrasiyasının Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə biləcəyini inkar etməyib.
Yeniavaz.com
Ağ Evə istinadla xəbər verir ki, bu barədə o, Kuala-Lumpurdan Tokioya uçan təyyarədə jurnalistlərlə söhbətində bildirib.
Dövlət başçısına Rusiyaya qarşı əlavə məhdudiyyətlərin tətbiqi imkanının nəzərdən keçirilib-keçirilməməsi ilə bağlı sual verilib.
“Siz bu barədə məlumat alacaqsınız”, - deyə Tramp cavab verib.
Qeyd edək ki, oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyi “Rosneft”, “Lukoyl” və bu şirkətlərin 34 törəmə müəssisəsini Rusiya əleyhinə yeni sanksiyalar paketinə daxil edib.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt Vaşinqtonun bu məhdudiyyətlərin Ukraynadakı münaqişə ilə bağlı Moskvaya əhəmiyyətli təzyiq göstərəcəyini gözlədiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top