Dünyanın ilk virtual nazirinin 83 “uşağı” olacaq


Albaniyanın Baş naziri Edi Rama ölkənin virtual naziri Diellanın (alban dilində “günəş” deməkdir) 83 “uşağa” “hamilə” olduğunu bildirib.
Yeniavaz.com
NDTV telekanalına istinadla xəbər verir ki, bu barədə o, oktyabrın 26-da Berlində keçirilən Qlobal Dialoq konfransında məlumat veib.
Onun sözlərinə görə, virtual nazirin “uşaqları” parlament üzvlərinin köməkçisi kimi fəaliyyət göstərəcək. Onlar parlamentdə baş verənləri qeyd edəcək və buraxılmış müzakirələr barədə qanunvericilərə məlumat verəcəklər.
Qeyd edək ki, Albaniya dövlət satınalmalarına cavabdeh nazir kimi süni intellektlə işləyən modeldən istifadə edən dünyada ilk ölkədir.
Xatırladaq ki, Diella modeli artıq əksər dövlət xidmətlərinə çıxışı təmin edən e-Albaniya rəqəmsal platformasında istifadə olunur.
Bununla belə, Albaniya prezidenti Bayram Beqay Ramanın irəli sürdüyü digər kabinet üzvləri arasında “virtual nazir” təyin etməkdən imtina edib.

DİGƏR XƏBƏRLƏR

Top