Leysan yağacaq, sel keçəcək… – Xəbərdarlıq


Oktyabrın 29-u axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 30-u gündüzədək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top