
“Yerasx (Arazdəyən)-Sədərək yolu da açılmalıdır”.
Yeniavaz.com “Aysor.am” portalına istinadla xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdə bildirib.
“Bu, regiondakı infrastrukturun açılmasının üzvi başlanğıcı və ya davamı olmalıdır”, - XİN rəhbəri qeyd edib.
Xatırladaq ki, bu gün Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycana yüklərin tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdığını elan edib.
Tətbiqimizi yükləyə bilərsiniz