
Özgür Genc “Azerfon” MMC-nin (“Nar” ticarət nişanı) baş icraçı direktoru vəzifəsinə təyin olunub.
Yeniavaz.com xəbər verir ki, onun İKT və şəbəkə texnologiyaları da daxil olmaqla, telekommunikasiya sahəsində 25 ildən çox təcrübəyə malik olduğu bildirilir.
O, Azərbaycanın “Azerconnect Group”, Türkiyənin “Turkcell” və Ukraynanın “Lifecell” şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Türkiyənin Yıldız Texniki Universitetinin Elektrik və elektronika fakültəsinin məzunu olan Özgür Genc baş icraçı direktoru vəzifəsində Qunnar Pankeni əvəz edib.
Tətbiqimizi yükləyə bilərsiniz