
Korrupsiya istintaqı çərçivəsində həbs olunduqdan sonra İstanbul Böyükşəhər Bələdiyyə sədrliyindən kənarlaşdırılan Əkrəm İmamoğlu barəsindəki “siyasi casusluq” ittihamı da məhkəmə tərəfindən təsdiqlənib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, hakim İmamoğlu ilə yanaşı, jurnalistlər Necati Özkan və Merdan Yanardağın da “siyasi casusluq” ittihamı ilə həbs edilməsinə qərar verib.
Şübhəlilərin hərbi və siyasi casusluq cinayətinə görə cinayətkar təşkilatın lideri Hüseyn Günlə birlikdə hərəkət etdikləri qeyd edilib.
Tətbiqimizi yükləyə bilərsiniz