Gümrü merinə yeni ittihamlar irəli sürüldü


Gümrü şəhərinin meri Vardan Qukasyan yeni cinayətlərdə ittiham olunub.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə onun vəkilləri açıqlama yayıb.
Müdafiə tərəfinin sözlərinə görə, ittihamlar Qukasyanın sentyabrın 16-sı və 23-də Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin həyətində verdiyi ifadələrdən irəli gəlir. Bu ifadələr müstəntiqlər tərəfindən “ölkənin suverenliyindən imtina etməyə açıq çağırışlar” (Cinayət Məcəlləsinin 422-ci maddəsi) kimi təsnif edilib.
Vəkillər ittihamları siyasi motivli hesab edirlər.
Onların sözlərinə görə, zorakılıq əlamətləri daşımayan və şəxsi rəy şəklində verilən bəyanatlar beynəlxalq standartlara, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin prinsiplərinə uyğun olaraq cinayət sayıla bilməz.
Qeyd edək ki, oktyabrın 20-də təhlükəsizlik qüvvələri Gümrü şəhər meriyasında axtarış aparıblar. Daha sonra Qukasyan və daha 7 nəfərin rüşvət almaqda şübhəli bilindikəri üçün saxlanılıblar. Əməliyyat zamanı mer tərəfdarları binanı mühasirəyə alıblar. Hadisə yerinə polis qüvvələri, o cümlədən xüsusi təyinatlı dəstələri cəlb edilib.
Xatırladaq ki, oktyabrın 21-də məhkəmə onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib. Hadisədən sonra Gümrü meriyasının qarşısında “kütləvi iğtişaşlar”la bağlı cinayət işi açılıb.

DİGƏR XƏBƏRLƏR

Top