II Elizabetin avtomobili hərraca çıxarıldı


Böyük Britaniyada 2007-ci il istehsalı olan “Range Rover” hərraca çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, premium ərazi avtomobili Kraliça II Elizabetə məxsus olub və kraliça onu dəfələrlə idarə edib.
Kraliça II Elizabetin avtomobilinin 50-60 min funt-sterlinqə (66.500-80.000 dollar) satılacağı gözlənilir.
Hərracla bağlı təfərrüatlar “Iconic” auksion saytında açıqlanıb.
Britaniya kral ailəsi və şəxsən Kraliça II Elizabet uzun müddət “Land Rover” məhsullarının pərəstişkarı olublar. Bu baxımdan, kral qarajında ​​çoxlu sayda “Land Rover” ərazi avtomobilləri var.
Bu ərazi avtomobili kral ailəsi üçün 2007-ci ildə alınıb.
Kraliça II Elizabet konkret olaraq bu avtomobildən “Kral At Şousu”na səyahət etmək və Sandringem Sarayını ziyarət etmək üçün istifadə edib.
Bu “Range Rover” Britaniya brendinin modellərinin lüks versiyalarını istehsal edən “Special Vehicles” tərəfindən təkmilləşdirilib.
Tutacaqlar Kraliça II Elizabetin minib-düşməsini asanlaşdırmaq üçün xüsusi olaraq quraşdırılıb.
“Range Rover”in interyeri dəri və ağacdan işlənib.
Avtomobil 272 at gücünə malik 3,6 litrlik turbodizel V8 mühərriki ilə təchiz edilib.
Qeyd edək ki, “Range Rover”in hazırkı sahibi onu gündəlik istifadə üçün alıb. Lakin nömrəsini yoxladıqdan sonra avtomobilin II Elizabetə məxsus olduğunu müəyyən edib.
Xatırladaq ki, Kraliça II Elizabet 8 sentyabr 2022-ci ildə vəfat edib.


DİGƏR XƏBƏRLƏR

Top