Litva Belarusla keçid məntəqələrini bağladı


Litva hakimiyyəti Belarusla sərhəddə iki keçid məntəqəsini qeyri-müəyyən müddətə bağlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Litvanın Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata görə, hazırda heç bir keçid məntəqəsi fəaliyyət göstərmir.
Mərkəzin məlumatına görə, söhbət Medininkay kəndi və Şalçininkay rayonunun sərhəd keçid məntəqələrindən gedir.
Bu tədbir Vilnüs Beynəlxalq Hava Limanının nəzarət zonasında Litvaya qaçaqmalçılıq yolu ilə siqaret keçirilməsi üçün istifadə olunan hava şarlarının müşahidə edilməsindən və bununla əlaqədar hava limanının bağlanmasından sonra tətbiq edilməyə başlayıb. 
Oktyabrın 26-da təxminən 21:40-da (Bakı vaxtı ilə 23:40) paytaxt hava limanı üç gün ərzində üçüncü dəfə bağlanıb.
Oktyabrın 27-si saat 1:40-a qədər əməliyyatlar dayandırılıb.
Belə hadisələrə görə hava limanı ardıcıl iki gecə (şənbə və bazar), həftə ərzində isə üç dəfə bağlanmağa məcbur olub.
Nəticədə, 14 mindən çox sərnişin problemlə üzləşib. 95 reys gecikib, ləğv edilib, istiqaməti dəyişdirilib və ya ilk təyinat yerinə qaytarılıb.
Belarusla sərhədin nə qədər bağlı qalacağına hökumətin milli təhlükəsizlik komissiyası oktyabrın 27-də qərar verəcək.

DİGƏR XƏBƏRLƏR

Top