
Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində tikinti materialları yanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilib ki, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
“Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 400 kv.m olan talvar altına yığılmış tikinti materialları 150 kv.m sahədə və yaxınlıqda dayanmış “Mercedes” markaklı minik avtomobilinin salon hissəsi qismən yanıb.
Tikinti materialları və avtomobilin qalan hissəsi, ətraf ərazilər yanğından mühafizə olunub”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz