“Real Madrid” “El-Klasiko”da “Barselona” üzərində qələbə qazandı


İspaniya La Liqasının 10-cu turunda futbolsevərlərin səbirsizliklə gözlədiyi “El-Klasiko” oyunu baş tutub.
Yeniavaz.com
xəbər verir ki, “Real Madrid” və “Barselona” arasında oynanılan qarşılaşma Madrid klubunun qələbəsi ilə yekunlaşıb – 2:1.
Oyun Madridin “Santyaqo Bernabeu” stadionunda keçirilib. Görüşün bütün qolları birinci hissədə vurulub. Oyunun 22-ci dəqiqəsində Kylian Mbappe “Real”ı önə çıxarıb. 38-ci dəqiqədə “Barselona”nın futbolçusu Lopes bərabərlik qolunu vurub. Lakin cəmi beş dəqiqə sonra Jude Bellingem fərqlənərək “kral klubu”na vacib qələbə qazandırıb.
Bu nəticə ilə “Real Madrid” turnir cədvəlindəki liderliyini daha da möhkəmləndirib. Hazırda 27 xalı olan Madrid klubu “Barselona”nı 5 xal qabaqlayır.

DİGƏR XƏBƏRLƏR

Top