Kir Starmer sabah Ankaraya rəsmi səfər edəcək


Böyük Britaniyanın Baş naziri Kir Starmer oktyabrın 27-də Türkiyəyə rəsmi səfər edəcək.
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Burhanəddin Duran sosial şəbəkədə paylaşım edib.
Duran bildirib ki, səfər Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq. Görüş zamanı iki ölkə arasında strateji əməkdaşlıq və müttəfiqlik münasibətləri, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top