Xaricdən 3 manata alınan sarıkök marketlərdə 30 manata satılır – Rəsmi statistika


Bu ilin ilk 8 ayı ərzində Azərbaycana xarici ölkələrdən 446,6 ton sarıkök gətirilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə sarıkök idxalı 4,7% və ya 20,2 ton artıb.
Qeyd edək ki, bu il idxal olunan sarıkökün 1 kiloqramının orta gömrük dəyəri 1,8 dollar (təxminən 3 manat) olub.
Sarıkök Azərbaycana aşağıdakı ölkələrdən idxal edilib:
Hindistan – 243,6 ton (bir kiloqramın orta gömrük dəyəri 3,4 manat)
İran – 198,4 ton (2,3 manat)
Türkiyə – 3,56 ton (15,8 manat)
BƏƏ – 0,99 ton (3,5 manat)
Rusiya – 0,01 ton (17 manat)
Onu da bildirək ki, xaricdən 3 manata idxal edilən sarıkökün 1 kiloqramı marketlərdə dəfələrlə baha qiymətə satılır. Açıqlanan rəsmi məlumata görə, bu ilin sentyabr ayında ölkənin pərakəndə satış mağazalarında idxal sarıkökün 1 kiloqramının orta satış qiyməti 30 manat olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top