Madriddə “El-Klasiko” həyəcanı – Arda Gülər start heyətdə yer alıb


Bu gün La Liqanın 10-cu turu çərçivəsində dünya futbolunun ən çox gözlənilən qarşılaşmalarından biri – “El-Klasiko” baş tutacaq.
Yeniavaz.com
xəbər verir ki, turun mərkəzi oyunu Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.
Madriddə keçiriləcək bu möhtəşəm qarşılaşmada ikinci pillədə qərarlaşan “Real Madrid”, çempion “Barselona”nı qəbul edəcək. Matç öncəsi hər iki komandanın start heyətləri açıqlanıb.
“Real Madrid”in start heyəti:
Kurtua, Valverde, Militao, Heysen, Karreras, Çouameni, Kamavinqa, Güler, Bellinqem, Vinisius, Mbappe.
“Barselona”nın start heyəti:
Şesni, Kunde, Erik Qarsiya, Kubarsi, Balde, de Yonq, Pedri, Fermin, Yamal, Reşford, Ferran.

DİGƏR XƏBƏRLƏR

Top