"Neftçi" səfərdə “Qəbələ”yə qalib gəldi – Abubakar ilk qolunu vurdu


Misli Premyer Liqasının IX turu çərçivəsində keçirilən qarşılaşmada "Neftçi" səfərdə "Qəbələ" üzərində inamlı qələbə qazanıb.
Yeniavaz.com
xəbər verir ki, Qəbələ şəhər stadionunda oynanılan matçda paytaxt klubu rəqibini 2 cavabsız qolla məğlub edib.
Qarşılaşmada hesab 71-ci dəqiqədə İfeanyi Metyunun vurduğu qolla açılıb. Ardınca, 81-ci dəqiqədə “Neftçi”nin yeni transferi, Kamerun millisinin tanınmış hücumçusu Vensan Abubakar fərqlənərək komandasının üstünlüyünü möhkəmləndirib.
Bu qələbə "Neftçi"nin xal sayını 12-yə yüksəldib və komandanı turnir cədvəlində 8-ci pilləyə daşıyıb. "Qəbələ" isə 5 xalla 10-cu yerdə qərarlaşıb.
Turun digər oyunlarında isə “Turan Tovuz” “Karvan-Yevlax”a 2:1, “İmişli” “Kəpəz”ə 3:0, “Zirə” isə “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib. “Araz-Naxçıvan”la “Sabah” arasında keçirilən qarşılaşma isə qolsuz bitməyib – 2:2.

DİGƏR XƏBƏRLƏR

Top