Boksçularımız Avropa çempionatında 2 qızıl, 3 gümüş, 3 bürünc qazandılar


Boks üzrə U-15 Avropa çempionatına yekun vurulub.
Yeniavaz.com
Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, milli komanda 32 ölkədən 369 idmançının iştirak etdiyi yarışı 2 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub.
Monteneqronun Budva şəhərində keçirilən yarışda Xumar Cəfərli (75 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Yağmur Eryurtu (Türkiyə) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Digər tərəfdən, boks tariximizdə ilk dəfə qız idmançı U-15 Avropa çempionatının qalibi adına yiyələnib.
Onun uğurunu Mehran Rəsulov (80 kiloqram) da təkrarlayıb. Finalda Serqiy Kotovskini (Ukrayna) 5:0 (30:27, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edən boksçumuz qızıl medala layiq görülüb. Bu, Rəsulovun karyerasında Avropa birinciliklərinin 3-cü mükafatı olub. O, bunadək 2 dəfə bürünc medal qazanıb.
Digər boksçularımızdan Nəsrin Abdullazadə (40 kiloqram), Nurlan Müseyibli (66 kiloqram), Yusif Ağakişiyev (75 kiloqram) gümüş, Onur Qurbanov (42 kiloqram), Elcan Musazadə (50 kiloqram) və Ərdəm Təkin (90 kiloqram) isə bürünc medal qazanıblar.
Qeyd edək ki, Azərbaycan millisi komanda hesabında 6-cı yeri tutub.

DİGƏR XƏBƏRLƏR

Top