Luvr soyğunu ilə bağlı iki şübhəli saxlanıldı – “Le Figaro”


Fransa polisi oktyabrın 25-i axşam saatlarında Luvr soyğununda şübhəli bilinən iki nəfəri saxlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
Məlumata görə, şübhəlilərdən biri Parisin Ruassi-Şarl de Qoll hava limanında yerli vaxtla təxminən 22:00-da (Bakı vaxtı ilə saat 24:00) Əlcəzair reysinə minmək istəyərkən saxlanılıb.
İkinci şübhəli isə Sen-Sen-Deni departamentində tapılıb. Onun Maliyə qaçmağı planlaşdırdığı bildirilir.
Digər tərəfdən, muzeydən oğurlanmış səkkiz qiymətli əşya, eləcə də işdə şübhəli bilinən digər iki şəxs hələ də tapılmayıb.
BFMTV telekanalının məlumatına görə, hər iki şübhəlinin təxminən 30 yaşı var. Onlarla bağlı şübhələr əvvəllər hüquq-mühafizə orqanlarının diqqətinə çatdırılıb. Lakin onlarla qarşı irəli sürüləcək ittihamlar dəqiqləşdirilməyib.
İndi onlara “cinayətkar qrupun tərkibində soyğunçuluq etmək” və “cinayət törətmək məqsədi ilə cinayətkar təşkilatda iştirak etmək” maddələri ilə ittiham irəli sürülüb.
Onların məhkəməyəqədər həbs müddəti standart 48 saat əvəzinə 96 saata qədər uzadılıb.

DİGƏR XƏBƏRLƏR

Top