
Azərbaycan Rusiya məhsullarının Azərbaycan ərazisindən Ermənistana tranziti üçün Azərbaycan dəmir yollarından istifadənin mümkünlüyünü təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Malayziyanın paytaxtı Kuala-Lumpurda ASEAN tədbirləri çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Rusiya Dəmir Yolları və onun regional həmkarları hazırda Rusiya mallarının Azərbaycan üzərindən Ermənistana tranzitinin təşkili üzərində işləyirlər.
“Azərbaycan tərəfi Rusiya məhsullarının Azərbaycan ərazisindən Ermənistana tranziti üçün Azərbaycan dəmir yollarından istifadənin imkanlarını təsdiqləyib. Bu baxımdan, biz çox maraqlı irəliləyişlər əldə etmişik. Hazırda Rusiya Dəmir Yolları regional həmkarları ilə birlikdə bu daşımaların təşkili üzərində işləyir. Biz həmçinin bu yeni logistika marşrutunun hazırlanması üçün Kənd Təsərrüfatı Nazirliyinə müvafiq göstərişlər vermişik”, - Overçuk qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz