
ABŞ Prezidenti Donald Tramp Koreya Respublikasında keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Çin sədri Si Cinpinlə görüşəcəyini bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə o, Malayziyanın Baş naziri Ənvər İbrahimlə sənədlərin imzalanması mərasimində deyib.
“Biz bu gün burada qalacağıq, sonra isə sabah çox gözəl ölkəyə gedəcəyik (Trampın Yaponiyaya səfəri oktyabrın 27-29-na planlaşdırılır). Həmin gün biz Si Cinpinqlə görüşəcəyik”, - Amerika lideri əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz