“Bavariya” Avropa futbolunda əsrin rekorduna imza atdı


“Bavariya” Bundesliqanın 9-cu turunda “Borussiya Mönhenqladbax”ı 3:0 hesabı ilə məğlub edərək, klubun adını tarixə yazıb.
Yeniavaz.com
“Bayern & Germany”yə istinadla xəbər verir ki, qələbə komandanın bütün yarışlarda mövsümün başlanğıcından bəri ardıcıl 13-cü qələbəsi olub.
Məlumata görə, bu, Avropanın ən yaxşı 5 çempionatının klubları arasında yeni rekorddur.
İtaliyanın “Milan” klubu da 1992/1993 mövsümündə oxşar başlanğıc nümayiş etdirmişdi. Lakin alman klubu top fərqinə görə italyanları qabaqlayır (47:9-a qarşı 45:13).
Qeyd edək ki, “Bavariya”nın növbəti oyunu oktyabrın 29-da “Köln”lə olacaq.
Xatırladaq ki, Münhen komandası səkkiz oyundan maksimum 24 xal qazanaraq, Almaniya çempionatının cədvəlinə başçılıq edir.

DİGƏR XƏBƏRLƏR

Top