PKK Türkiyədən çıxdığını elan etdi


PKK terror təşkilatı Türkiyədən tamamilə çıxdığını və Türkiyədə fəaliyyətini tamamilə dayandırdığını açıqlayıb.
Yeniavaz.com
“Haberler.com”a istinadla xəbər verir ki, PKK bu barədə bu gün Şimali İraqda keçirdiyi mətbuat konfransında bəyanat yayıb.
PKK bu adımdı PKK lideri Abdulla Öcalanın çağırışı ilə təşkilatın 12-ci Qurultayında qəbul edilən qərarlar əsasında atdığını elan edib.
Beləliklə, bəyanatda qeyd edildiyi kimi, təşkilatın tərksilah prosesində yeni mərhələ başlayıb.
“Bu, “Terrorsuz Türkiyə” proseində atılan mühüm adımdır”, - bəyanatda qeyd edilib.
Terror təşkilatının bütün qüvvələrini Türkiyədən çıxaracağı ilə bağlı bəyanata yüksək rütbəli təşkilat rəhbərləri də daxil olmaqla 25 terrorçu qoşulub.
Qeyd edək ki, Abdullah Öcalanın çağırışı ilə PKK iyulun 11-də mərasim keçirmiş və “Bese Hozat” kod adlı Hülya Oran da daxil olmaqla bir qrup təşkilat üzvü silahlarını yandırmışdı.
Xatırladaq ki, PKK mayın 5-dən 7-dək keçirdiyi qurultayda silahlı fəaliyyətinə son qoymaq qərarına gəlib. Mayın 12-də o, silahlarını yerə qoyub dağılmaq qərarını rəsmən elan edib. PKK-nın silahı yerə qoyması ilə “Terrorsuz Türkiyə” prosesi son mərhələsinə qədəm qoyub.

DİGƏR XƏBƏRLƏR

Top