Prezident avstriyalı həmkarını təbrik etdi


Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Prezidenti Aleksander Van der Belleni təbrik edib.
Yeniavaz.com
xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli cənab Federal Prezident, Avstriya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Avstriya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, Avstriya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

DİGƏR XƏBƏRLƏR

Top