Ronaldo 950 qol vuran ilk futbolçu oldu


Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı hücumçu Kriştianu Ronaldo karyerasında 950 qol vuran ilk futbolçu olub.
Yeniavaz.com
xəbər verir ki, Ronaldo Səudiyyə Ərəbistanı Premyer Liqasının altıncı turunun “Əl-Həzm”lə səfər matçında qol vurub.
Onun vurduğu qoldan sonra hesab "Əl-Nəsr"in xeyrinə 2:0 olub.
Qeyd edək ki, karyerasındakı qol sayına görə, Ronaldonun ən yaxın rəqibi Lionel Messidir. ABŞ-nin “İnter Mayami” klubunda çıxış edən argentinalı hücumçu 891 qola imza atıb.
Xatırladaq ki, 40 yaşlı Ronaldo beşqat Çempionlar Liqasının qalibi, Avropa çempionu, Millətlər Liqasının ikiqat qalibi, milli komandaların, Avropa çempionatlarının, Çempionlar Liqasının və Klublararası Dünya Çempionatının tarixində bütün dövrlərin ən yaxşı bombardiridir.
O, 2022-ci ilin dekabrında “Əl-Nəsr”ə qoşulub. Ronaldo, həmçinin karyerası ərzində Portuqaliyanın “Sportinq”, İngiltərənin “Mançester Yunayted”, İtaliyanın “Yuventus” və İspaniyanın “Real Madrid” klublarında çıxış edib.

DİGƏR XƏBƏRLƏR

Top