Moskvada kütləvi dava − 40 nəfər saxlanıldı


Moskvanın Kommunarka rayonundakı Prokşino yaşayış kompleksində kütləvi dava olub.
Yeniavaz.com
“Baza”ya istinadən xəbər verir ki, miqrant işçilər kürək, çubuq və yol nişanları ilə əlbəyaxa dava edib.
Nəşrin məlumatına görə, dörd nəfər xəsarət alıb, park edilmiş bir neçə avtomobilə ziyan dəyib. 
Prokşino yaşayış kompleksinin sakini bildirib ki, o, qara rəngdə nömrəsiz “Mercedes” görüb, dava elə həmin maşından idarə edilib:
“Bir gün əvvəl bir növ toplantı var idi, onlar Prokşinski prospektində ucadan nəyisə müzakirə edirdilər. Və bu gün səhər saatlarında nömrəsiz maşın gəlib”.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi (xuliqanlıq) ilə cinayət işi açılıb.
Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk bildirib ki, davadan sonra təxminən 40 nəfər polis bölməsinə aparılıb: 
“Prokşino yaşayış kompleksində baş verən kütləvi davada iştirak edən bütün əcnəbilər məsuliyyətə cəlb ediləcək və ya sonradan giriş qadağası ilə Rusiyadan qovulacaqlar”.
Hadisənin səbəbi, iştirakçılar və təhrik edənlər müəyyənləşdirilir.
 

DİGƏR XƏBƏRLƏR

Top