
“Türkiyənin iştirakı olmadan münaqişələrin, o cümlədən Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli qeyri-mümkün olub”.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda gənclər qarşısında çıxışı zamanı deyib.
“Bu gün dost və düşmən hər kəs güclü Türkiyənin danışıqlar masası arxasında olduğu reallığını qəbul edir. Onlar bunu qəbul etməlidirlər. Suriyadan Qəzzaya, Fars körfəzindən Rusiya-Ukrayna münaqişəsinə qədər heç bir yerdə Türkiyə olmadan vəziyyəti tarazlaşdırmaq mümkün deyil. Türkiyəyə regionda və bütün dünyada güvənilir. Biz sülh və sabitlik ixrac edirik”, - Ərdoğan bildirib.
O əlavə edib ki, Türkiyə xarici siyasət, demokratiya, müdafiə sənayesi və iqtisadiyyatda sərhədləri daxilində və xaricində atdığı qətiyyətli addımlar sayəsində qlobal gücə çevrilir:
“Əvvəllər bəziləri Türkiyənin Qərb ittifaqından uzaqlaşdığını deyirdi. Türkiyə oxunun şərqə doğru dəyişdiyini deyirdilər. Dedilər ki, Türkiyə kənara çəkilir. Bütün bu iddialar son nəticədə təkzib olundu. Biz, düz tərəfdə duranların haqlı olduğu sübuta yetirildi”.
Tətbiqimizi yükləyə bilərsiniz