
“İnter Mayami” və “Nashville Predators” komandaları arasında pley-off mərhələsinin ilk mərhələsinin ilk oyunu keçirilib.
Yeniavaz.com xəbər verir ki, qarşılaşma “qaralar”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qaliblərin heyətində Lionel Messi iki qol vurub.
Oyundan əvvəl Messiyə 2025-ci ildə MLS-in “Qızıl buts”unun təqdim olunduğu mükafatlandırma mərasimi keçirilib. 38 yaşlı argentinalı 29 qol vuraraq son müntəzəm mövsümün bombardiri olub.
Messinin 2025-ci ildə “İnter Mayami”də vurduğu qolların sayı 39-a çatıb. Bununla da, oyunçu bir təqvim ilində qol sayına görə MLS rekordunu qırıb.
Rekord daha əvvəl Denis Buanqa (2023-cü ildə 38) və Karlos Veraya (2019-cu ildə 38) aid olub.
Tətbiqimizi yükləyə bilərsiniz