“Sputnik Azərbaycan”ın baş redaktoru Rusiyaya qayıtdı


“Sputnik Azərbaycan”ın baş redaktoru Yevgeni Belousov həbsdən azad edildikdən sonra Rusiyaya qayıdıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“Sputnik Azərbaycan”in ikinci müxbiri Belousov həbsdən azad edildikdən sonra Bakını tərk edib”, - diplomat bildirib.
Xatırladaq ki, oktyabrın 19-da Zaxarova “Sputnik Azərbaycan”ın rəhbəri İqor Kartavıxın da həbsdən azad edildikdən sonra Rusiyaya getdiyini bildirib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) şef redaktoru Yevgeniy Belousov barəsində Xətai Rayon Məhkəməsində oktyabrın 24-də qərar verilib. Belousov barəsində 3 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

DİGƏR XƏBƏRLƏR

Top