Payızda daha çox saç tökülür – Səbəbləri və çarəsi


Bir çox insanlar payızda daraqlarında getdikcə daha çox tük yığıldığını görür.
Yeniavaz.com
“DAily Mail”ə istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, əksər hallarda bu, orqanizmin fəsillərin dəyişməsinə tamamilə normal reaksiyasıdır.
Saç və baş dərisi xəstəlikləri üzrə ixtisaslaşmış dermatoloq Paul Farrant bildirir ki, orta hesabla başımızda təxminən 100 min tük böyüyür və onların təxminən 10%-i daim tökülür.
“Bununla belə, ətraf mühitdəki dəyişikliklər, məsələn, temperaturun aşağı düşməsi saçların böyümə dövrünə təsir edə bilər”, - “Focus” yazır.
Bildirilir ki, soyuq aylarda saç tökülməsinin artmasına səbəb olan bu amildir və mütəxəssislər bu prosesi təxminən sentyabr ayında başlayan mövsümi saç tökülməsi adlandırırlar.
Tədqiqatçılar hesab edirlər ki, mövsümi saç tökülməsi yay mövsümünün müəyyən nüansları ilə də bağlı ola bilər. Məsələn, yayda bədən D vitamininin təsirinə daha çox məruz qalır, bu da temperaturun aşağı düşməsi ilə çox miqdarda saçın tökülməsinə səbəb olur.
“Ancaq yaxşı xəbər budur ki, mövsümi saç tökülməsi nisbətən qısa müddətə, təxminən üç ay davam edir və siz heç vaxt tonlarla saç itirmirsiniz”, - Farrant bildirir.
Mövsümi saç tökülməsini minimuma endirmək üçün mütəxəssislər qışda saçlarınıza əlavə güc vermək üçün zülalla zəngin balanslaşdırılmış pəhriz saxlamağı məsləhət görürlər.
P. Farrant qeyd edib ki, qida çatışmazlığı da saç tökülməsinə səbəb ola bilər:
“Bu baxımdan saçların sağlam uzanması üçün dəmir, omeqa-3 yağ turşuları, sink və fol turşusu ilə zəngin qidalardan istifadə etmək tövsiyə edilir”.

DİGƏR XƏBƏRLƏR

Top