Bacı və qardaş bir-birilərini ittiham edir − Yenilənib


“Elçin Ağamalı Ana Vətən Partiyasının (AVP) sədri seçilməsi barədə dezinformasiya yayır”.
Yeniavaz.com
xəbər verir ki, bunu APA-ya açıqlamasında Günay Ağamalı bildirib.
Günay Ağamalı deyib ki, partiyanın sədri Fəzail Ağamalı qarşı tərəfdən qaynaqlanan, əvvəlcədən hazırlanmış və qurultayın gedişinə mane olan qeyri - etik, qalmaqal, təhdid xarakterli davranışlar səbəbindən növbədənkənar qurultayı qeyri-müəyyən müddətə təxirə salıb:
“Qarşı tərəf sosial media üzərindən özünün partiyanın sədri seçilməsi haqqında dezinformasiya yayır. Bütün bunlar əsassızdır. Qurultayın aparılması üçün sədr seçilən Fəzail Ağamalı və Nuranə Axundova fasilə elan edildikdən sonra zalı tərk etdilər. Fəzail Ağamalı qurultayın açılışı ilə bağlı etdiyi çıxışda partiya sədrliyindən istefa vermək istəyini bildirsə də, bu məsələ rəsmi olaraq həllini tapmadı. Qeyd edilən faktlar qurultayın gedişatına mane olmaqla yanaşı, o cümlədən qurultay iştirakçılarına hörmətsizlik, prosesin pozulması və sədrliyə namizədliyi irəli sürülən digər üç nəfərin hüquqlarının və qanunun kobud şəkildə pozulmasıdır. Partiyamız təməl prinsipləri və ənənəvi xarakter daşıyan siyasi xətt üzrə bundan sonra da öz fəaliyyətini ən yüksək səviyyədə davam etdirəcək”.
Qeyd edək ki, Günay Ağamalı Milli Məclisin deputatıdır.


***15:57
“Ana Vətən Partiyasının bu gün keçirilən növbədənkənar qurultayında mən Partiyanın yeni sədri seçilmişəm”.
Yeniavaz.com
xəbər verir ki, bunu APA-ya açıqlamasında Elçin Ağamalı bildirib.
Elçin Ağamalı deyib ki, qurultayda atası Fəzail Ağamalı sədr postundan istefa verib.
“Sədr postuna 4 nəfər namizəd olub. Günay Ağamalının namizədliyini Fəzail Ağamalı özü irəli sürüb. Mənim namizədliyi qurultay nümayəndələr tərəfindən irəli sürülüb. Fəzail Ağamalı mənim qurultayda çıxışıma imkan verməməyə çalışdı, təkidlərimdən sonra çıxış üçün 5 dəqiqə vaxt aldım. Qurultay nümayəndələrinin mənə münasibətini görən Fəzail Ağamalı zalın işığını söndürtdürməyə çalışdı. Buna baxmayaraq 155 qurultay nümayəndəsindən 100-dən artığının səsi ilə mən sədr seçildim”.

***14:55
Bu gün Ana Vətən Partiyasının (AVP) bu gün keçirilən növbədənkənar qurultayında qalmaqal yaşanıb.
AVP-nin hazırkı sədri Fəzail Ağamalının qızı Günay Ağamalı və oğlu Elçin Ağamalı partiya sədri postuna iddialı olub.
Günay Ağamalı və Elçin Ağamalı arasında qalmaqal yaşanıb.
Fəzail Ağamalı deyib ki, Elçin Ağamalı qurultayın işini pozmaq istəyib və yaranmış vəziyyətdə qurultay nümayəndələri Fəzail Ağamalının növbəti qurultaya qədər sədr postunda qalmasını dəstəkləyiblər.
Qeyd edək ki, Elçin Ağamalı mediaya açıqlamasında bildirib ki, hazırda qurultayda iştirak edən 100 nəfər nümayəndə onu dəstəkləyir və ədalətli nəticə əldə etmək üçün əllərindən gələni edəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top