Tbilisidə iki kiloqram nüvə materialı olan uran alan çinlilər saxlanılıb


Biri qadın olmaqla üç Çin vətəndaşı, Gürcüstanın paytaxtı Tbilisidə qanunsuz olaraq iki kiloqram nüvə materialı olan uran almağa cəhd etdiklərinə görə saxlanılıblar.
Yeniavaz.com
ölkə mətbuatına istinadla xəbər verir ki, məlumatı oktyabrın 25-də keçirdiyi brifinqdə Dövlət Təhlükəsizliyi Xidməti rəhbərinin birinci müavini Laşa Maqradze yayıb.
Bildirilib ki, cinayətkar qruplaşmanın üzvləri qanunsuz olaraq 400 min dollara radioaktiv material almağı, sonra isə Rusiya ərazisi vasitəsilə Çinə aparmağı planlaşdırıblar.
“Cinayət planını həyata keçirmək üçün qanunsuz olaraq  Gürcüstan ərazisinə keçən Çin vətəndaşlarından biri uran əldə etməkdə maraqlı olan şəxsləri Gürcüstana gətirib və bütün ölkə ərazisində aktiv şəkildə nüvə materialının axtarışına başlayıb.
Yuxarıda qeyd olunan fəaliyyətlər cinayətkar qrupun digər üzvləri tərəfindən Çindən koordinasiya edilib. Qanunsuz sövdələşmənin təfərrüatlarının müzakirəsi zamanı daxil olmuş əməliyyat məlumatlarının icrası nəticəsində hadisəni törədən şəxslər müəyyən edilərək saxlanılıb”, - məlumatda deyilir.
Qeyd olunub ki, faktla bağlı Gürcütsan Cinayət Məcəlləsinin 230-cu maddəsinin 1-ci hissəsi (nüvə materialı və ya avadanlığı, radioaktiv tullantılar, radioaktiv maddə ilə qanunsuz dövriyyə) əsasında araşdırma aparılır.
Təqsirli bilinərsə, Çin vətəndaşlarını 10 ilə qədər həbs gözləyir.

DİGƏR XƏBƏRLƏR

Top