Rusiya Ukraynanı bombaladı – Ölənlər var


Oktyabrın 25-nə keçən gecə Rusiya silahlı qüvvələrinin Ukraynaya hücumu nəticəsində 2 dinc sakin həlak olub, 15-dən çox insan yaralanıb.
Yeniavaz.com
UNIAN-a istinadla xəbər verir ki, ölənlər Dnepropetrovsk vilayətinin sakinləridir.
Dnepropetrovsk vilayət administrasiyasının rəhbəri Qayvanenkonun sözlərinə görə, Sinelnikovo rayonuna raket və pilotsuz təyyarələrin hücumu zamanı yanğın baş verib, çoxmənzilli binalara və fərdi yaşayış binalarına, həmçinin yardımçı tikili və mağazaya ziyan dəyib.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, oktyabrın 25-nə keçən gecə Kiyevə baş vermiş hücum nəticəsində 9 nəfər xəsarət alıb, onlardan 3-ü xəstəxanaya çatdırılıb.
Qeyd olunur ki, şənbə günü səhər saatlarında baş verən oxşar hücumda da 7 nəfər yaralanmışdı.

DİGƏR XƏBƏRLƏR

Top