Zəfər Günü bulvarda konsert və atəşfəşanlıq olacaq


Noyabrın 8-də Dənizkənarı Milli Parkda Zəfər Günü münasibəti ilə konsert olacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb.
“Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları - müğənnilər, rəqs kollektivləri çıxış edəcək. Konsertin sonunda atəşfəşanlıq olacaq”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top