Sarkozi həbsxanada baba oldu


Parisin “La Sante” həbsxanasında saxlanılan Fransanın keçmiş prezidenti Nikola Sarkozi baba olub.
Yeniavaz.com
“Le Parisien”ə istinadən xəbər verir ki, siyasətçinin kiçik oğlu Lui Sarkozi və onun həyat yoldaşı Natali oğullarının dünyaya gəldiyini açıqlayıblar.
Bildirilib ki, uşağın ikinci adı babasının şərəfinə qoyulub - Silla Nikola Sarkozi.
Qeyd edək ki, Nikola Sarkozi korrupsiya və qeyri-qanuni seçki kampaniyasının maliyyələşdirilməsi ittihamı ilə 5 il həbs cəzası çəkir. O, əvvəllər demişdi ki, ailəsi onun əsas dəstəyi olaraq qalır. Sabiq prezidentin hazırda üç nəvəsi var.

DİGƏR XƏBƏRLƏR

Top