İmamoğlu “tender saxtakarlığı” iddiasından bəraət aldı


İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan sabiq sədri Əkrəm İmamoğlu “tender saxtakarlığı” iddiasında bəraət alıb.
Yeniavaz.com
“Hürriyyet”ə istinadən xəbər verir ki, proses Böyükçekmece 10-cu Cəza Məhkəməsində keçirilib.
Bildirilib ki, müttəhim İmamoğlu hökm iclasına qatılmayıb.
Məhkəmə hakimi ittihamın mahiyyəti ilə bağlı prokurordan rəy istəyib. Prokuror bildirib ki, iş materiallarında çatışmayan məqamlar var və onlar iki maddə üzrə cinayət təqibinin uzadılması barədə vəsatət veriblər. Dövlət ittihamçısı tenderin texniki şərtlərinə uyğun olaraq sənədlərdə tenderdə iştirak üçün tələb olunan hesabatların olmadığını, müxtəlif məsələlərlə bağlı çoxsaylı faylların da çatışmadığını bildirib. O əlavə edib ki, dosyedəki sənədlərdəki imzalar müəyyən edilməyib və buna görə də iş materiallarına əlavə edilməyib.
Məhkəmə qərarını açıqlayaraq, aralarında Əkrəm İmamoğlu da daxil olmaqla 7 müttəhimə qarşı irəli sürülən ittihamlardan bəraət verdiyini deyib.

DİGƏR XƏBƏRLƏR

Top