Anar Əsədli həbs edildi


Ləğv edilmiş Yüksəliş Partiyasının keçmiş sədri Anar Əsədli həbs olunub.
Yeniavaz.com
“Report”a istinadən xəbər verir ki, bu barədə onun vəkili Hikmət Əliyev məlumat verib.
O bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə qərar qəbul edilib:
“Anar Əsədli barəsindəki cinayət işi üzrə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxsin vəsatəti əsasında o həbs edilib. Onun barəsində polis nəzarəti qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəzlənib”.
Qeyd edilib ki, A.Əsədli dələduzluqda ittiham olunur. O, 2022-ci ildə həbs edilsə də, daha sonra ev dustaqlığına buraxılmışdı və barəsində olan cinayət işinə xitam verilib.

DİGƏR XƏBƏRLƏR

Top