Metroda Bənövşəyi xətt üzrə stansiyalarda interval azaldılır


Bakı metrosunda Bənövşəyi xətt üzrə stansiyalarda qatarların hərəkət intervalı azadılır.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, “Avtovağzal”-“8 Noyabr” mənzilində qatarların hərəkət intervalı 8 dəqiqədən 5 dəqiqəyə endirilib.
Metronun “Xocəsən” stansiyası istiqamətində isə qatarların hərəkət intervalı 16 dəqiqədən 10 dəqiqəyə kimi azaldılıb.
Qeyd edək ki, Bənövşəyi xətt üzrə hərəkət intervalının azaldılması test rejimində tətbiq edilir.

DİGƏR XƏBƏRLƏR

Top