Putinin xüsusi nümayəndəsi ABŞ-dədir – CNN


Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev danışıqlar aparmaq üçün ABŞ-yə gedib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadla məlumat yayıb.
“Kirill Dmitriyevin Tramp administrasiyasının nümayəndələri ilə görüşü gözlənilir”, - telekanal xəbər verir.
Telekanalın məlumatına görə, ABŞ-Rusiya münasibətləri ilə bağlı müzakirələrin davam etdirilməsi planlaşdırılır.
Qeyd edək ki, oktyabrın 16-da telefon danışığından sonra Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp Budapeştdə görüşmək və ona hazırlıqlara başlamaq barədə razılığa gəliblər. Oktyabrın 20-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio telefonla liderlərin təmasları zamanı əldə edilmiş anlaşmaların həyata keçirilməsi üçün mümkün konkret addımları müzakirə ediblər. Ancaq daha sonra ABŞ Prezidenti Donald Tramp Budapeşt göürüşünün ləğv edildiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top