Xurma Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? – Tam siyahı


Bu ilin ilk 8 ayı ərzində Azərbaycana 8 milyon 416,7 min dollar dəyərində 5 min 132,6 ton xurma idxal olunub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycana xurma əsasən İrandan (4 milyon 117,46 min dollar) idxal edilib.
Həmin ölkədən idxal olunan 3 min 558,82 ton xurmanın orta gömrük dəyəri 1 kiloqram üçün təxminən 1,15 dollar təşkil edib.
İdxalda ikinci yeri Tunis tutur – bu ölkədən 1039,57 ton xurma alınıb və bunun gömrük dəyəri 1 milyon 942,84 min dollar olub. Yəni 1 kiloqram Tunis xurması təxminən 1,87 dollara başa gəlib.
Ən baha xurma Türkiyədən (1 kq – 10 dollar), ən ucuz isə İrandan (1 kq – 1,15 dollar) idxal edilib.
Xurmanın ölkələr üzrə idxal göstəriciləri aşağıdakı kimidir:
İsrail – 123,59 ton (1 kiloqramın orta gömrük dəyəri 7,35 dollar);
Fələstin – 97,7 ton (7,44 dollar);
Əlcəzair – 187,59 ton (1,86 dollar);
Səudiyyə Ərəbistanı – 77,25 ton (2,91 dollar);
Birləşmiş Ərəb Əmirlikləri – 27,62 ton (2,68 dollar);
Çin – 10,3 ton (1,95 dollar);
Misir – 10 ton (5,13 dollar);
Hindistan – 0,04 ton (7,25 dollar);
Türkiyə – 0,09 ton (10 dollar);
Almaniya – 0,02 ton (9 dollar).


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top