İlkin Süleymanovu müdafiə edən tanınmış vəkil saxlanılıb – KİV


Gəncədə tanınmış vəkil Zabil Qəhrəmanovun saxlanıldığı bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Qeyd olunur ki, Z. Qəhrəmanov ötən gün saxlanılıb.
“Məlumata görə, Z.Qəhrəmanov Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və hazırda barəsində araşdırma aparılır. Vəkil Zabil Qəhrəmanov xuliqanlıqda ittiham olunur. Onun avtoyuma məntəsində bir nəfərlə mübahisə edərək həmin şəxsə xəsarət yetirdiyi iddia olunur. Hazırda Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır”, - agentlik yazır.
Qeyd edək ki, bir qədər əvvəl Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən Zabil Qəhrəmanovun vəkiliyinin 6 ay müddətinə dayandırılması barədə qərar qəbul olunub.
Zabil Qəhrəmanov daha çox Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun vəkili kimi tanınıb.

DİGƏR XƏBƏRLƏR

Top