Vətən müharibəsi qazisi iş yerində dünyasını dəyişib


Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarət şöbəsinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Vüsal Qurbanlının qəfil vəfat etdiyi bildirilir.
Yeniavaz.com
-a daxil olan məlumata görə, Vüsal Qurbanlı 23 oktyabr 2025-ci il tarixində axşam saatlarında iş yerində qəflətən dünyasını dəyişib.
Mərhumun yaxınlarının verdiyi məlumata əsasən, onun ölümünə səbəb iş yerindəki gərginlik olub.
Dövlət Əmək Müfəttişliyi Xidmətindən Yeniavaz.com-a verilən məlumatda bildirilib ki, hazırda Vüsal Qurbanlının vəfat səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır:
“Dərin təəssüf hissi ilə bildiririk ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarəti şöbəsinin əməkdaşı Vüsal Qurbanlı dünən – 23 oktyabr 2025-ci il tarixində axşam saatlarında iş yerində qəflətən vəfat edib. Hazırda vəfat səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır. İş yerində gərginliklə bağlı yayılan iddialar isə həqiqəti əks etdirmir.
Qeyd edək ki, həmkarımızın vəfatı bizi dərindən kədərləndirib. Onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top